Əli Əhmədov bələdiyyə seçkilərindən danışdı: "YAP dəstək qazandı"

Dünən Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.

Bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda YAP-ın sədr müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:

“Bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən qeyd edə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb.

İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir”.