“AŞPA erməni lobbsinin təsiri altında fəaliyyət göstərir”

“Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağda keçirilən seçkiləri pislədilər, təkcə bu qurumdan başqa. Bu məsələ özü-özlüyündə bir çox mətləblərdən baş verir”

“Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımızı işğaldan azad edərək Qarabağda abadlıq və quruculuq işləri həyata keçirəcəyik”



Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı mühüm məsələlərə toxunub. Ölkə başçısı qeyd edib ki, indi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür:
“Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb”.
Prezident son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyinə də diqqət çəkib:

“Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilmişdir. Görünür AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələr daha sönük keçməsi heç kəsə sirr deyildir. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.

Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Ermənistan dövlətinin bugünkü siyasətində faşizmin və terrorçuluğun təbliğ edilməsi əsas yerlərdən birini tutur. Faşist Njdeyə bu ölkədə abidənin ucaldılması, onun erməni cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi bu fikir bir daha təsdiq edir. Deputatın sözlərinə görə, bu gün Ermənistan dünyada monoetnik dövlət kimi tanınır:

“Orada yaşayan digər bütün xalqlara qarşı dözümsüz münasibət var. Ermənistan terror dövlətidir hamımıza məlum olduğu kimi. Ermənilər ötən əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırım törədiblər. Bu gün də bu siyasəti davam etdirirlər. Hakimiyyətə də çox vaxt bu cür yollarla gəliblər. Hətta öz ölkələrinin rəhbərlərini belə qətlə yetiriblər.

Həqiqətləri hər birimiz təbliğ etməli, erməni yalan və saxtakarlıqlarını hər zaman ifşa etməliyik. Ötən əsrin 80-ci illərində ermənilər Ermənistanda yaşayan bütün Azərbaycanlıları oradan deportasiya ediblər. Dağlıq Qarabağı işğal edərək Xocalı soyqırımını törədiblər. Bu erməni vəhşiliyinin göstəricisidir”.

Azərbaycanın işğalla heç zaman barışmayacaənə deyən millət vəkili bildirdib ki, beynəlxalq hüquq, tarixi həqiqət bizim tərəfimizdədir:

“Ermənilər dəfələrə hiyləgərlik edərək Azərbaycan torpalqarını işğal ediblər, qətllər törədiblər. Azərbaycan Demokratik Respublikası dövründə də eyni seenari ilə hərəkət edərək İrəvanı Azərbaycandan ayıraraq Ermənistan Respublikası qurmağa nail oldular. Bu gün də müxtəlif metodlardan istifadə edərək Qarabağı Azərbaycandan ayırmağa çalışırlar.

Azərbaycan heç zaman buna imkan verməyəcək. Azərbaycan sürətlə inkişaf edir. Bir çox regional və beynəlxalq layihələri uğurla icra edir. Ermənistan isə səfalət və aclıq içərisindədir. Getdikcə bu ölkədə iqtisadi böhran daha da dərinləşir. Azərbaycan ordusu dünyanın 50 güclü ordusundan biri sayılır. Maddi və mənəvi baxımdan Ermənistan ordusundan dəfələrlə güclüdür.

Azərbaycan öz gücünü son illərdə bir neçə nümayiş etdirib.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət həyata keçirir. İşğalçı rejimin bütün cəhdlərinə baxmayaraq Dağlıq Qarabağın legitimliyini heç bir dövlət tanımır, heç zaman tanımayacaq”. 

C.Məmmədov qeyd edib ki, dünyada ikili standartlar hökm sürür. Avropa Şurasının Parlament Assambleyası ikiüzlülük edir:

“AŞPA erməni lobbsinin təsiri altında fəaliyyət göstərir. Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağda keçirilən seçkiləri pislədilər, təkcə bu qurumdan başqa. Bu məsələ özü-özlüyündə bir çox mətləblərdən baş verir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımızı işğaldan azad edərək Qarabağda abadlıq və quruculuq işləri həyata keçirəcəyik”.