Mübarizə açıq fazaya keçir ! – “Türkiyədən sonra Pakistan da ittifaqda...”

“Pakistanın da bura gəlişi Moskvanın narahatlığını daha da artıracaq”
“Rusiya ermənilərə dəstək verdiyi üçün strateji səhv etdiyini anlamalıdır”


“Pakistan ordusunun Türkiyə və Azərbaycanla birlikdə hərbi təlim keçirməsi regiondakı prosesləri xeyrimizə dəyişdirə bilər”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
Siyasi şərhçi bildirib ki, Türkiyə ilə hərbi əməkdaşlığın strateji üstünlüyünü daha da qüvvətləndirmək lazımdır: 

“Pakistan buna hər zaman hazır olduğunu dəfələrlə açıqlayıb. Azərbaycan dövləti çətin anda kimə üz tutacağını açıq şəkildə dünyaya, xüsusən Ermənistanın havadarı Rusiyaya göstərməlidir.



Rusiyanın münaqişədə tərəf olduğunu Moskvanın diqqətinə çatdırmalıyıq. Artıq mübarizə açıq fazaya keçir. Bu baxımdan yeni şəraitə uyğun olaraq strateji tərəfdaşlarımızı hamıya açıq şəkildə göstərməliyik.

Türkiyədən sonra ona bərabər tuta biləcəyimiz qardaş ölkə Pakistan üçlü ittifaqa təcili şəkildə daxil edilməlidir. Həm hərbi təlimlərdə, həm də baza qurmaq üzərində işlər başlamalıdır. Yeni tarixi şərait bizdən bunu tələb edir.

Rusiya ermənilərə dəstək verdiyi üçün strateji səhv etdiyini anlamalıdır. Pakistanın da bura gəlişi Moskvanın narahatlığını daha da artıracaq. Əslində ermənilər Moskvanı maraqlandırmır, məqsəd NATO-nun Cənubi Qafqazda qarşısını almaqdır”.