“Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır”- Deputat

“ABŞ prezidenti Co Baydenin dövlət başçısı cənab İlham Əliyevə Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda ölkələrimiz arasında əlaqələrin inkişaf tarixinə qısa ekskursiya edərək böyük dəyər verdiyini qeyd edib”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, Azərbaycan ABŞ münasibətləri strateji xarakter daşıyır: 

“Ölkəmizin apardığı xarici və daxili siyasəti ABŞ həmişə yüksək dəyərləndirib. Tərəfimizdən icra olunan regional enerji və beynəlxalq nəqliyyat layihələrini ABŞ hər zaman dəstəkləyib və müsbət münasibətini sərgiləyib. O cümlədən Bayden məktubunda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıqlara uyğun olaraq davamlı sülhün əldə olunmasında töhfə verməyə hazır olduqlarını bildirib. Ölkə başçımızın apardığı balanslı beynəlxalq siyasət sayəsində dünyanın bir çox ölkələri ilə olduğu kimi ABŞ-la da əlaqələrimiz müsbət ruhda inkişaf etməkdədir.