Kim Çen In bir aya yaxındır yoxa çıxıb


Şimali Koreya lideri Kim Çen In bu ildə ilk dəfə olaraq 24 gün ictimaiyyət qarşısına çıxmayıb.

TASS Cənubi Koreyanın Şimali Koreya ilə əlaqələrə nəzarət edən nümayəndəsinə istinadən xəbər verir ki, o son dəfə mayın 7-də Pxenyanda keçirilən konsertə qatılıb.

Məmurun sözlərinə görə, Kim Çen Inın yoxa çıxmasının səbəbi bilinmir.

Bundan əvvəl Cənubi Koreyadan olan mütəxəssislər onun bu il koronavirus infeksiyası ilə əlaqədar narahatlıqlarına görə ictimai tədbirlərə daha az qatılma ehtimalı olduğunu irəli sürüblər.