Onları islah etmək mümkün deyil

Ombudsman da həyasızlıq edirsə, demək ki, erməni xalqının düçar olduğu xəstəliyin müalicəsi yoxdur

“Ermənistan ombudsmanının son müsahibəsindən sonra bir daha əmin oldum ki, erməni xalqının düçar olduğu xəstəliyin müalicəsi yoxdur”. Bu sözləri politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi vurğulayıb ki, Arman Tatoyan adlı “insan haqları müvəkkili” Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası haqqında öz fərziyyələrini irəli sürüb:

“O iddia edib ki, SSRİ dövründə böyük torpaq sahələrinə sahib olan azərbaycanlılar onlara məxsus olan əraziləri ermənilərə satıblar və daha sonra bu torpaqları geri istəyiblər. Nəticədə isə “mübahisəli ərazilər” yaranıb. Tatoyana görə, erməni “arxivlərində” bununla bağlı çoxlu sayda “material” var.

Nə qədər həyasız olmaq lazımdır ki, torpaq sahələrinin “kollektiv təsərrüfat” adı altında dövlətə məxsus olduğu federal bir dövlətdə “böyük torpaq sahibləri”nin olduğunu və hətta onların “öz torpaqlarını ermənilərə satdıqlarını” iddia edə biləsən...

Görəsən, Tatoyan doğrudan da anlamır ki, başqa bir dövlətin vətəndaşı və ya inzibati ərazi subyektinin sakininin torpaq sahəsi almasıyla, həmin torpaq sahəsi mülkiyyətçinin vətəndaşı olduğu dövlətin ərazisinə çevrilmir?! Bunları islah etmək mümkün deyil!”.