"Türkiyənin bölgədəki varlığı  sabitliyə yönəlib"

“Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi konfiqursiya qurulmaqdadır”.

“Sherg.az” xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, Zəngəzur dəhlizinin təməlinin qoyulması dünya tarixində çox vacib hadisədir: 

“Bu dəhlizin təməlinin qoyulması Türk dünyasının birləşməsi, eyni zamanda, Avrasiyanın orta xəttində Azərbaycan və Türkiyənin nəqliyyat və kommunikasiya statuslarının artmasına səbəb olan məqamlardan biri olacaq. Sözsüz ki, bundan sonra Azərbaycan və Türkiyə arasında inteqrasiya daha sıx olacaq. İki qardaş ölkə arasında hərbi və iqtisadi əməkdaşlıq yalnız  artan xətt üzrə inkişaf edəcək. Xüsusilə vurğulamaq lazımdır ki, bir çox  dövlətlərdən fərqli olaraq Türkiyənin bölgədəki varlığı  sabitliyə yönəlib. Türkiyənin varlığı bəzi revanşist qüvvələr hansı ki, Ermənistanda və başqa bəzi qonşu ölkələrdə yerləşirlər, onların manevr imkanlarını kifayət qədər daraldan bir faktordur. Bundan sonra da Türkiyə və Azərbaycan dövlətlərinin bütün çağırışlara birlikdə cavab verəcəklərini görəcəyik.”