Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri dəyişib

Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri dəyişib.
“Report” xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında qeyd olunub.
Bildirilib ki, Bris Rokfeyl ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri təyin edilib.
O, bu vəzifədə 2016-cı ilin oktyabr ayından vasitəçi kimi fəaliyyət göstərən Stefan Viskontini əvəz edib.