“Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə..."  - Siyasi şərhçi 

“Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb”. 

Bu barədə “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Analitik vurğulayıb ki, indi Moskvanı narahat edən Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” tətbiq etməsidir: 

“Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq. Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək. Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını - 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir. Bu da kiçik müharibəyə qarşı "böyük müharibə" blefidir. Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir”.