Ukrayna Rusiyaya təklif verdi 

Müqavilənin vaxtını  uzatmaq istəsələr də Rusiya razılıq verməyib

 Ukrayna prezidenti Vladimir Zelenski ötən gün mətbuat konfransında bildirib ki, Ukrayna  " Qazprom " la  bağladığı və hazırda istifadə olunan  müqavilənin müddəti başa çatdıqdan sonra Rusiyadan Avropaya qaz nəqlini  saxlamaq istəyir. "Sherg.az" xəbər verir ki, bu barədə Rusiyanın " Lenta. ru " saytı məlumat yayıb . Rəsmi xəbər qaynaqlarına istinadən verilən məlumata görə , Ukrayna Prezidenti qeyd edib ki , qaz nəqlinin  davamı ilə bağlı  danışıqlarda rəsmi Kiyev daha aşağı , uyğun  qiymət təklif edib : “2024-cü ilə qədər müqaviləmiz var.  Biz qaz nəqlinin  davam etdirilməsinin tərəfdarıyıq.  Hətta müqaviləyə əlavə olaraq tranzitin həcmini  artırmağa da hazır olduğumuzu bildirdik.  Bizim buna  imkanlarımız var   və bu, istənilən qaz nəqliyyat kəmərlərindən  daha ucuz başa gələcək ". Zelinskinin  sözlərinə görə, Rusiya bu təkliflə razılaşmayıb.

 Noyabrın 22-də Ukraynanın baş naziri Denis Şmıqal rəsmi Kiyevin Rusiya ilə müqavilənin müddətini 15 il uzatmaq niyyətində olduğunu açıqlayıb.  “Müqavilə 2024-cü ilə qədər qüvvədədir.  Əslində  biz müqviləni uzatmaq istəyirik və bu barədə avropalı tərəfdaşlarımızla danışıqlar aparırıq, çünki bu müqavilənin uzadılması hım də onlardan asılıdır”.

 Qazın Ukrayna ərazisindən 2024-cü ilə qədər nəqlinə dair hazırkı qüvvədə olan müqavilələr 2019-cu ildə imzalanıb.  Almaniya və ABŞ-ın iyulda əldə etdiyi “Şimal axını 2”nin tikintisinə dair razılaşmaya əsasən, Rusiya qazının Ukrayna ərazisindən nəqli yeni qaz kəmərinin işə salınmasından sonra da davam etdirilməlidir.