Politoloq: Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu - 

"15 Dekabrda Brüsseldə  Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcək".

Bu barədə "Sherg.az"a Milli Cəbhə partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, 15 dekabrı uğurlu və regionda yeni bir mərhələnin başlanğıcı kimi qeyd etmək olardı.  Amma Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu: 

"Brüsseldə liderlərin görüşü və bunun nəticəsi əsasan, Soçi Bəyannaməsində qeyd edilənlərə sadiqliyi vurgulanacaq. Amma Paşinyan həmin görüşdə də Minsk qrupunun həmsədrlərinin vasitəçiliyini önə çəkəcək və çalışacaq ki, danışıqlar predmetində bu məsələ gündəlikdə olsun. Brüssel görüşü Moskva üçün gözlənilməz bir gediş idi və ona görə də Soçi görüşü tələm-tələsik təşkil etdi. Moskva anlayır ki, Cənubi Qafqazda vasitəçiliyi bir il ərzində səmərə vermir. Bu görüşdən sonra Kreml Ermənistanı bir neçə bəndə əməl etməsinə məcbur edə bilər. Çünki, bu görüş  Rusiyanın Qərb qarşında kartblanşı idi. Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrinin fəaliyyəti və 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndi problem olaraq qalır. Azərbaycan Ermənistanla problemləri müəyyən qədər həll etdikdən sonra əsas strateji plan Qarabağda etnik ermənilərin yaşadığı ərazidə qanunsuzluğa son qoymaq olmalıdır".