YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO


Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, partiyanın nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.