Avropa İttifaqı: "Ukraynaya qarşı işğal siyasəti Rusiyaya baha başa gələcək"


DİGƏR ÖLKƏLƏR
13 Dekabr , 2021 16:54
Avropa İttifaqı: Ukraynaya qarşı işğal siyasəti Rusiyaya baha başa gələcəkCozep Borrell
“Avropa İttifaqı ABŞ və Böyük Britaniya ilə birlikdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları müzakirə edir”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə açıqlamasında deyib.

“Lakin hələlik bu barədə qərar verilməyib. Biz çəkindirən mövqedən çıxış edirik. Ukraynaya qarşı işğal siyasəti Rusiyaya baha başa gələcək”, – o bildirib.

Bizim Facebook səhifəmizə abunə olun