Kreml: "Rusiya və Çin iderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"

“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpi arasında videoformatda keçiriləcək sammit fövqəladə dərəcədə vacibdir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq probmellər üzrə müttəfiqdirlər: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.