Moskvada naməlum şəxsin Qazaxıstan səfirliyində partlayış təhlükəsi barədə yalan məlumat verməsi faktı ilə bağlı cinayət işi açılıb.
“Sherg.az” “Tacc.ru”ya istinadən xəbər verir ki, Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Məlumata görə çərşənbə günü Moskvanın Çistoprudnı bulvarında Qazaxıstan səfirliyinin elektron poçtuna gözlənilən partlayışla bağlı məktub göndərilib. Binanı itlər yoxlayıb, heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib. “Bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi (“Terror aktı haqqında qəsdən yalan məlumat vermə”) ilə cinayət işi başlanıb”.