Qırğızıstan KTMT çərçivəsində Qazaxıstana dəstək verməyə hazırdır

Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana dəstək verməyə hazır olduğunu açıqlayıb.
“Sherg.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Bişkekdə keçirilən növbədənkənar iclasda yerli hökumətin başçısı Akılbek Japarov məlumat verib. Müvafiq məlumat Nazirlər Kabinetinin saytında dərc olunub.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabineti prezident Sadır Japarovun tapşırığı çərçivəsində bu gün nahardan sonra Qırğızıstan Respublikası Joqorku Keneşinin fövqəladə iclasının keçirilməsinə başlamaq haqqında qərar qəbul edib.

Qırğısıztan qonşu ölkədə hadisələrə reaksiya verməyi Nazirlər Kabinetinin sədr müavini Kamçıbek Taşiyevə həvalə edilib.

Həmçinin, yanvarın 5-də Rusiya Federal Məclisi Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov Qazaxıstana istənilən qeyri-hərbi yardım göstərməyə hazır olduğunu bəyan edib.

Çimnaz ŞAHLAR