Lukaşenkodan Qazaxıstandakı etirazçılara çağırış:“Diz çöküb hərbçilərdən üzr istəyin”

“Qazaxıstanda etirazçılar həddindən artıq irəli getməzdən əvvəl hakimiyyətlə konstruktiv dialoq aparmalıdırlar”. 
“Sherg.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
Belarus lideri qeyd edib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev danışıqlara hazır olan şəxsdir: 

"O, danışıqlar apara biləcəyiniz bir diplomatdır, çox ağıllı və savadlıdır".

Lukaşenko Qazaxıstan vətəndaşlarına xatırladıb ki, bu, onların ölkəsidir və onların başqa ölkəsi olmayacaq. O, çevrilişdən sonra dövlətin yenidən qurulmasının böyük vəsait tələb edəcəyini bildirib. 

Siyasətçi ictimai parçalanmanı aradan qaldırmaq üçün iğtişaşçıları diz çökərək hərbçilərdən üzr istəməyə çağırıb. 

Çimnaz ŞAHLAR