Lavrov Britaniya ilə dialoqu lallarla karların söhbəti kimi qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı məsələdə Böyük Britaniya ilə dialoqu lallarla karların söhbəti kimi qiymətləndirib.
“Report” xəbər verir ki, o, bu barədə britaniyalı həmkarı Liz Trassla birlikdə keçirdiyi mətbuat konfransında danışıb.
"Biz bu gün bununla bağlı ətraflı müzakirə apardıq. Sanki Böyük Britaniya ilə bir-birimizi dinləyirik, amma eşitmirik”, - nazir bildirib.