Prezident Moskva və İrəvan ciddi mesajlar verdi

"Rusiyanın Cənubi Qafqaz siyasəti sülhün qarşısını almağa yönəlib"

“Prezident İlham Əliyev 44 günlük müharibədə Rusiyanın Ermənistana silahlar göndərməsini, sərhədlərin delimitasiya və demarkasiyası prosesində 1918-1991-ci illər xəritələrinin əsas götürülməsini qeyd etməsi Moskva və İrəvan mesajdır”. 

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik vurğulayıb ki, Rusiya aktiv şəkildə sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır: 

“Həmçininş sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanin yaradılmasına da mane olur. Halbuki, komissiya işə başlamlı idi. Dövlət başçısının hər iki məsələni qaldırması Rusiyanın prosesi pozduğunu və Azərbaycanın da artıq Ermənistanın ərazi bütövlüyünü tanımayacağını mesajını vermiş oldu. Ermənistanla Azərbaycan arasında Brüsselin vasitəçiliyinə mane olan Rusiyanın bu addımları Bakıya qarşı təzyiqdir. Qeyd edim ki, Rusiyanın Baş nazirinin muavini Bakiya səfər etmişdir. Görünür aparılan danışıqlarda Bakını qane etməyən şərtlər irəli sürülüb”. 

Ekspert dövlət başçısının toxunduğu bir məqama da diqqət yönəldib: 

“Əsasən, Qarabağda yaşayan ermənilərdən musbət mesaj aldıqlarını vurğuladı. Bu, “Putinin Paşinyana Qarabağda problemler var və onların həlli vacibdir” mesajına cavab idi. Prezident bununla qeyd etdi ki, yerli ermənilər Azərbaycanın tərkibində yaşamasında problem görmür və bu istiqamətdə də problem yoxdur. Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaz siyasəti sülhün qarşısını almağa yönəlib. Təəssüf ki, ABŞ  da sülh müqaviləsinin bağlanmasına mane olur. Avropa İttifaqının vasitəçiliyi daha obyektiv olaraq prezident tərəfindən də yüksək qiymətləndirilir. Sonda Avropa İttifaqının vasitəçiliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına səbəb olmaqla yanaşı, Rusiyanın mövqeyini də zəiflədəcək. ABŞ-ın isə təsiredici mexanizmi yoxdur”.