Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişafı müzakirə olunub  - FOTO

Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişafı müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb. Görüşdə Azərbaycanla Yaponiya, habelə parlamentlər arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu barədə Sahibə Qafarova tviter hesabında yazıb.

“Mayın 5-də ölkəmizdə səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini cənab Honda Taro ilə görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq”, - Milli Məclisin sədri qeyd edib.