Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var? - RƏSMİ

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.
“Report”un xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15 xarici dövlətin konsulluğu akkreditə olunub.