Nazir:“Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur”

“Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Naxçıvana səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürurla işğaldan azad edilən torpaqlarımızda dalğalanır:

“Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır”.