Baxçalı: Bizim prezidentliyə namizədimiz Ərdoğandır!

Bizim namizədimiz bəllidir, qərarımız qətidir.

Sherg.az  axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Milllətçi Xalq Partiyasının başqanı Dövlət Baxçalı 2023-cü il seçkiləri ilə bağlı açıqlamasında deyib.

"Onların (müxalifət - red.) namizədi bu, yaxud o olacaq, önəmli deyil. Bir namizəd üzərində razılığa gələ bilməyənlər, millətin gələcəyi ilə bağlı necə uzlaşacaqlar? Zillət İttifaqından (Millət İttifaqı - red.) heç bir şey olmaz. Bunların etibarları sıfırlanıb. Bizim namizədimiz bəllidir. 2023-cü ildə prezidentliyə namizədimiz Rəcəb Tayyib Ərdoğandır", - deyə Baxçalı bildirib.