Azərbaycanda daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azad Vətən Partiyasına və Yeni Yol Partiyasına ofis sahəsi təqdim edib.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.