Makron: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli mümkündür

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli mümkündür.

APA ANS-ya istinadən xəbər verir ki, bu barədə Makron Rmada “Sülhə müraciət” beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Britaniya Ukraynaya AMRAAM raket sistemləri tədarük edəcək

Onun sözlərinə görə, münaqişənin nizamlanması yalnız Ukrynanın diktə etdiyi şərtlər daxilində mümkün ola bilər.

Fransa lideri qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apararkən “əlindən gələni edib”, lakin onun hələ də “baş verənlərlə bağlı izahat və əsaslandırması” yoxdur.

Fransalı lider qeyd edib ki, münaqişənin danışıq yolu ilə həlli üçün əlindən gələni edir.

O indiyədək baş verənlərin nədən qaynaqlandığını anlamaqda çətinlik çəkdiyini də bildirib.