Ukrayna latın əlifbasına keçə bilər


Ukrayna əlifbasının latın qrafikasına keçməsini tələb edən petisiya bazar ertəsi ölkə prezidentinin saytında qeydə alınıb.

Dövlət başçısı tərəfindən baxılmaq üçün petisiya 25 min səs toplamalıdır.

Qeyd edək ki, bu ideyanı əvvəllər Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksiy Danilov irəli sürüb. O bildirib ki, kiril əlifbasından imtina ölkədə geniş müzakirə olunmalıdır.

Mənbə: TASS