Şoyqu Belarusda səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskə gedib.
Bu barədə "Report" Belarus mətbuatına istinadən xəbər verir.
Daha əvvəl S.Şoyqu Minskə dekabrın 3-də səfər etmişdi. O, belaruslu həmkarı Viktor Xrenin və Prezident Aleksandr Lukaşenko ilə görüşmüşdü.
Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putinin dekabrın 19-da Belarusa səfər edəcəyi gözlənilir.