Vasif Talıbovun istefa verməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini səsləndirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib. Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyini səsləndirilib.
Müraciətdə həm də V.Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.

13:21
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib.
Bu barədə Oxu.Az saytına vəkil Mehman Muradlı məlumat verib.
O, açıqlamasında bildirib ki, Vasif Talıbovun vəzifələri birinci müavin Azər Yadulla oğlu Zeynalova həvalə edilib.


12:43
Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası davam edir.
Bu barədə Bizim.Media məlumat verib.
Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib.