Sərt açıqlama:“Moskva ermənilərin onları satacağını bilmirdimi?!

“İndi nəyə görə Rusiya Xarici İşləri Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gileylənir?!”

“Vaxtilə Ermənistan Azərbaycan torpağının 20 faizini işğal edəndə heç açıq şəkildə bəyanatlar eşitmirdik”

“Əksinə, Rusiya Federasiyası Dövlət Dumasından Ermənistana birbaşa dəstək görürdük. Ona görə də "Nə tökərsən aşına, o da çıxar qaşığına"


"Ermənistan ilk dəfə deyil, öz müttəfiqlərini satır. Tarixən, bunun çox şahidi olmuşuq".
Bunu "Sherg.az"a millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Osmanlı dönəmində ermənilərin davranışı, Azərbaycanın onlara yaratdığı imkanlardan sui-istifadə əyani sübutdur: 

"Bu gün də, növbəti xəyanəti Rusiyaya edirlər. Bəs rəsmi Moskva çətin vəziyyətə düşən kimi onu birinci ermənilərin satacağını bilmirdimi?! İndi nəyə görə Rusiya Xarici İşləri Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gileylənir?! Vaxtilə Ermənistan Azərbaycan torpağının 20 faizini işğal edəndə heç açıq şəkildə bəyanatlar eşitmirdik. Əksinə, Rusiya Federasiyası Dövlət Dumasından Ermənistana birbaşa dəstək görürdük. Ona görə də "Nə tökərsən aşına, o da çıxar qaşığına".

 Rusiyanın regiondan çıxardılması və ya çıxardılmamasına çalışmaq Ermənistan-Rusiya münasibətlərinə aiddir. Yəni təhlil etməyimizə ehtiyac olmayan bir məsələdir. Vacib bir məqam isə ondan  ibarətdir ki, Ermənistan regiona qanunsuz müdaxilə etmək niyyətində olan qüvvələri gətirmək istəyir. Hər hansı bir problem iki və üçtərəfli münasibətlərin normal şəkildə cərəyan edilməsinə bağlıdır. Amma birtərəfli addım atırlar. Bu isə gərginliyi artıracaq. Azərbaycan missiya ilə bağlı öz mövqeyini bildirməsinə baxmayaraq, Ermənistanın onu gətirməsi sülhə xidmət edəcəkmi?! Əsla yox. Əksinə, daha gərgin vəziyyət yaradacaq. 

Çünki Ermənistan sülhə maraqlı deyil. Lakin rəsmi İrəvan anlamalıdır ki, o öz işini daha böyük əngəllərə salır. Azərbaycanın mövqeyi isə konkret, açıq və dürüstdür. Bu nöqteyi-nəzərdən zaman Azərbaycanın lehinə, Ermənistanın əleyhinə işləyir. Məhz elə ona görə sonuncu Münhen konfransında Azərbaycanın qaldırdığı hər bir müddəaya diqqətlə qulaq asılıb. Faktiki olaraq, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Ermənistanın davranışı isə təəccüblü deyil. Rusiya bir az güclənsə, rəsmi İrəvan Qərbi satacaq, rəsmi Moskvanın "qucağına qaçacaq". Ermənistanın xarici siyasəti müttəfiqlərinin nə dərəcədə güclü və zəif olmasına birbaşa dəlalət edir. Ermənistan pis günün yox, yaxşı günün “dost”udur. Bütün bunları nəzərə alaraq, siyasətimizi Azərbaycanın milli maraqları çərçivəsində təşkil etməliyik".

Qeyd edək ki, Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasını qiymətləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib:
"Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək cəhdi ilk deyil. Biz bu cəhdlərdə maraqlardan uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı açıqlanan neqativ qiymətləndirmələrinə məhəl qoyulmur".