Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edir

  "Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında buna eyham vurdu: "Ermənistan Rusiyanın vasitəçiliyindən ona görə imtina edir ki, birbaşa Qərbdən verilən təlimatı yerinə yetirsin. 

Həmçinin Moskvanın Ermənistanda geosiyasi mövqeyinin güclənməsini neytrallaşdırsın. Əgər Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edirsə, Moskva Azərbaycana tam dəstək verməlidir. Amma Sergey Lavrov Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının əleyhinə çıxır. Bu səfərdə aydın oldu ki, Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanmasında maraqlı deyil".

  Analitikə görə, Lavrovun səfərində Qarabağda erməni icması ilə Azərbaycanın təmasları müzakirə edilib: "Eyni zamanda Zəngəzur dəhlizinin açılması müzakirə mövzusu olub. Moskva Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Rusiyanın Ermənistanda siyasi mövqeyi zəifləyir. Avropa İttifaqı öz siyasi mövqelərini gücləndirir".