"Almaniya səfiri ilə konsultasiya aparmaq lazımdır"  - Politoloq

"Xankəndidəki separatçılar yenə çaşıblar. Almaniya lideri Şoltsun Qarabağın "müstəqilliyi" ilə bağlı bəyanatını separatçı "xarici işlər naziri" də dəstəkləyib".

"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Zaur Məmmədov deyib. 

Ekspert bildirib ki, Almaniya səfiri ilə konsultasiya aparmaq lazımdır: 

"Ümumiyyətlə, Fransanın yanında yer almaması üçün Berlinlə təmaslar vacibdir.
Bu arada, qondarma qurumun üzvləri Azərbaycan tərəfi ilə görüşlərində siyasi məsələlərin yalnız beynəlxalq aktorların iştirakı ilə iki bərabər "tərəf" kimi aparılacağı təqdirdə mümkün olacağını qeyd edirlər. Bu zavallılar erməni xəstəliyindən əziyyət çəkirlər. Görünür, yenə biriləri onları arxayın salıb. Elə bilirlər Rusiya, Fransa, Almaniya, ABŞ, İran bunlara görə Azərbaycan ordusunun qarşısına çıxacaq. Bu arada Bakıda Qərbi Azərbaycanla bağlı hərtərəfli, sistemli işlərə start verilib. Şuşa Qarabağın gözüdürsə, Göyçə də Qərbi Azərbaycanın gözüdür. Separatçılar da, İrəvandakı siyasətbazlar da vaxtı gələndə gözlərini açanda ətraflarında azərbaycanlıları görəcəklər".