BMT nümayəndəsi: "Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb"

Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb.
“Report” xəbər verir ki, bunu BMT baş katibi yanında İİV-lə birgə mübarizə proqramının icraçı direktoru Vinni Byanima “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında deyib.
O bildirib ki, bu il martın 11-də ÜST-nin bütün dünyada COVID-19 pandemiyasının elan edilməsinin 3 ili tamam olacaq:
“Əslində bu müddət ərzində dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz qədər icra olunmamışdır”.