BMT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır

“BMT Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə normallaşmasının tərəfdarıdır”.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi yanında İİV-lə birgə mübarizə proqramının icraçı direktoru, BMT-nin Baş katibinin müavini Vinni Byanima “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında deyib.
Həmçinin Bakı Forumu haqqında danışan V.Byanima burada iştirakın onun üçün böyük şərəf olduğunu bildirib: “Bu, diplomatların toplaşdığı və dünya problemlərinin müzakirə edildiyi çox mühüm forumdur”.
V.Byanima belə çağırışlardan birinin xüsusilə gənclər arasında İİV-in yayılması olduğunu vurğulayıb: “Dünya çox dəyişir və müxtəlif çağırışlarla üz-üzədir. Bütün görkəmli xadimlər onların həllini müzakirə etmək üçün buradadırlar”.