İsrail səfiri: “Foruma görə Azərbaycana minnətdarıq”

"Qlobal Bakı Forumunun keçirilməsi aktual məsələlərin həllində Azərbaycanın rolunun vacibliyini nümayiş etdirir".
Bunu “Report”a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Səfir dünyanın hər yerindən liderləri bir araya gətirən bu forumu keçirdiyinə görə Azərbaycana təşəkkür edib: "Burada İsrailin bəzi tanınmış nümayəndələri də iştirak edir. Biz bu tədbirin keçirilməsinin vacibliyini anlayırıq.
O əlavə edib ki, Bakı Forumunda İsrailin kəşfiyyat naziri Qila Qamliel də iştirak edəcək: "Bu, həm də İsrail üçün vacib forumdur. Bu tədbir zamanı siyasi, ekoloji, təhlükəsizlik və s. sahələrlə bağlı aktual məsələləri müzakirə etmək olar".