Latviya Prezidenti: “Aqressiyalar cəzasız qalmamalıdır”

“Rusiyanın Ukraynaya aqressiyasına beynəlxalq səviyyədə ilk dəfədir ki, reaksiya verilir. Biz icazə verməməliyik ki, qəbul edilmiş standartlar pozulsun”.
“Report”un xəbərinə görə, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq dünya sülhünün təməlidir:
“Beynəlxalq hüquq həm də bütün səviyyələrdə təmin edilməlidir. Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır. İlk öncə hərbi, iqtisadi və s. dəstək olmalıdır”.