Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix AÇIQLANIB

“Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşündə deyib.
C.Bayramov İsrailin xarici işlər naziri ilə Bakıda görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.