Mövlud Çavuşoğlu: "Bizim olan nə varsa, Azərbaycanındır"

"Bizim olan nə varsa Azərbaycanındır".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını artırmalıdır:
“Artıq müdafiə sənayesi ilə bağlı ehtiyaclarımızın 80 faizi yerli istehsaldır. Amma, bu, kifayət deyil. Müdafiə sənayesindəki işlərimizi davam etdirməliyik”.
O xatırladıb ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib:
“Əksinə, 30 ildən sonra öz torpaqlarını azad edib”.