Zaxarovadan Vaşinqton danışıqlarına dair açıqlama...

“ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə açıqlamaları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir”.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova qeyd edib ki, Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları mövcuddur:
"Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir".
Qeyd edək ki, 1-4 may tarixlərində ABŞ-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyan arasında danışıqlar aparılıb.