Kılıçdaroğlu: Xarici siyasəti 180 dərəcə dəyişəcəyik

Türkiyədə prezidentliyə namizəd, CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin xarici siyasəti ilə bağlı açıqlama verib.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu qalib gələcəyi halda xarici siyasətdə böyük dəyişikliklərə gedəcəklərinin anonsunu verib: "Xarici siyasəti 180 dərəcə dəyişəcəyik. İndiyə qədər edilənlər yanlışdır. Xarici siyasəti düzgün zəminə qoymaq lazımdır. Savaşçı bir xarici siyasət olmayacaq" .

Turan