Putinin gizli planı - Yeni müharibəyə hazırlaşır?

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir.
On minlərlə insanın həyatına son qoyan müharibə hələ də davam edir.
Lakin hazırda Ukraynadan yüzlərlə kilometr aralıda müharibə olacağı ilə bağlı xəbərlər yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları dünya gündəminə düşüb.
O iddia edib ki, Putin dünyanın diqqətini Ukraynadan yayındırmaq üçün Balkan ölkələrinə təzyiqi gücləndirir:
“Son beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri Moskvanın təsəvvür edə biləcəyindən də artıq olub. Ruslar separatçı təbliğatları, əlaqələri gücləndirir və bunu inkar edirlər”.