İmamoğlu CHP-ni tənqid etdi

“Eyni yolda getməklə növbəti səhvi edə bilmərik"

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mətbuata açıqlama verib. 

"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) seçkilərdə uduzduğunu ifadə edərək, tənqidi fikirlər səsləndirib. İmamoğlu "eyni şeyi edib, eyni yolda getməklə növbəti səhvi edə bilmərik" deyib. Digər tərəfdən, İmamoğlu, "dəyişiklik anlayışını ən güclü tələb edənlər arasındayam" deyib. 
 
CHP-nin Mərkəzi İdarə Heyətinin (MYK) üzvlərinin dəyişilməsinə də toxunan İmamoğlu "Hamımız bilirik ki, dəyişiklik sadəcə idarə heyətində olmayacaq. Dəyişikliyi cəmiyyət, insanlar tələb edir". 

Keçən həftə verdiyi açıqlamada güclü dəyişiklikdən bəhs etdiyini dilə gətirən bələdiyyə sədri tam yenilənmədən söz açıb: "Tam bir dəyişiklik, təfəkkür dəyişikliyi, köklü və detallı bir dəyişiklik vurğusu etdim. Eyni yerdən davam edirəm. Yenə deyirəm, dəyişikliyə ehtiyacı mən müəyyən etmirəm, bunu cəmiyyət istəyir. Qulağımızı tıxayaraq yol gedə bilmərik. Qulaqlarımızın açıq olması, cəmiyyətin bütün təbəqələrini dinləməmiz və hər seqmentin nə istədiyini anlamaq çox vacibdir".