Qaribaşvili Qazaxıstana gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Pekindən Qazaxıstana gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, Qaribaşvili səfər çərçivəsində Qazaxıstanın Baş naziri Alixan Smailovla görüşəcək.