Seçim onlarındır - Qarabağ ermənilərinə mesaj verilib 

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.

Dövlətimizin başçısı vurğulayıb ki, bu “liderlər”,  hazırkı və bundan əvvəlki “liderlər” onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar.

Prezidentin bu açıqlamasını  şərh edən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Qarabağdakı ermənilərin getdiyi bu yol fəlakət yoludur:

"Açıqlamalar bundan xəbər verir ki, doğrudan da Azərbaycan rəhbərliyi Qarabağda yaşayan ermənilərin acınacaqlı vəziyyətini düzəltmək üçün onları ilk növbədə reallıqlara fikir verməyə çağırır. Onlar, öz qondarma rəhbərlərinin vədlərinə fikir verməməli və göstərdiyi yol ilə getməməlidirlər. Çünki bu yol fəlakətə gətirib çıxaracaq. Seçim onlarındır, əgər bu yol ilə getməyə davam etsələr, heçnə əldə etməyəcəklər. Azərbaycanın təkliflərinə qulaq asmaqla öz talelərini dəyişdirə bilərlər".

Şahanə Tağızadə