Rusiya politoloqların dilindən deyir ki, Qarabağda 3-cü müharibə ola bilər  - Fuad Abbasov

Rusiyalı politoloq Sergey Makrov bildirib ki, Qarabağda vəziyyət gərginləşməkdədir:

"Hazırda burda iki gərginlik nöqtəsi var. Birincisi, yük maşınları 8 gündür ki, Laçın yolu yaxınlığında sərhəddə dayanır, indi onların sayı 21-dir. İrəvan onları Qarabağa buraxmağı tələb edir. Amma Bakı bildirir ki, Ermənistan Laçın yolundan hərbçilərin rotasiyası üçün istifadə edir və bu, Soçi razılaşmalarının kobud şəkildə pozulmasıdır.

Sözügedən fikirləri şərh edən tanınmış jurnalist, siyasi-şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Sergey Makrov, Şevçenko, yaxud da digər rus politoloqlar nə qədər Azərbaycanın tərəfində çıxış etsələr də, onların Rusiya vətəndaşları olduqlarını unutmamalıyıq: 

"Sergey uzun illər Rusiya prezidenti Vladimir Putinin yaxın məsləhətçisi olub. İndi ictimai birlik şəklində fəaliyyətini davam etdirir.  Rusiyanın maraqlarından yola çıxaraq  açıqlamalar verirlər. Əgər S.Makrov Azərbaycan mətbuatına Qarabağda 3-cü müharibə başlayacağını deyirsə, onun  Rusiyanın  mövqeyini dilə gətirdiyini söyləmək olar. Əlbəttə Şimal qonşumuz istəyir ki, yük maşınları Laçın yolundan, Azərbaycan sərhədindən keçsin. Yük maşınlarının içində nələr olduğunu yaxşı bilirik. Həmin maşınlarda 44 günlük müharibə vaxtında  Rusiyadan hərbi avtomobillərin gətirildiyi də bizə məlum idi.  Sanki Rusiya bunu bilə-bilə Sergey Makrov kimi politoloqların adından xəbərdarlıq edir ki, bu avtomobillərin Azərbaycana daxil olmasına imkan verin. Yoxsa müharibə başlaya bilər.  Onların bu yolla hədə-qorxu gəldiyini düşünürəm. Ona görə də rus əsilli politoloqların çağırışlarına çox diqqət etmək lazım deyil. Necə ki 8 gündür o avtomobillərin Azərbaycan sərhəddini keçməsinə icazə vermirik. Bundan sonra 8 il də keçsə, Azərbaycanın sanksiyası olmadan nəinki 21 ədəd yük maşını , 21 qutunun belə ölkəmizə qeyri-qanuni daxil olmasına qarşı çıxmalıyıq".

Şahanə Tağızadə