Peskov: “Bizim prezident seçkiləri əsl demokratiya deyil, baha başa gələn bürokratiyadır”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyada əsl demokratiyanın olmadığını və Rusiya Prezidenti Vladimir Putinin gələn il 90 % səslə növbəti dəfə prezident seçiləcəyini iddia edir.

“Report” xəbər verir ki, bu barədə o, “The New York Times”a şərhində bildirib.

“Bizim prezident seçkiləri əsl demokratiya deyil, baha başa gələn bürokratiyadır. Putin gələn il 90 %-dən çox səslə növbəti dəfə seçiləcək”, - Peskov qeyd edib.