Türkiyə hökuməti Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edir

Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclas zamanı bir çox daxili və regional məsələlər müzakirə ediləcək.

İclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alacaq.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və Qara dəniz taxıl koridoru təşəbbüsü ətrafında da fikir mübadiləsi aparılacaq.