Hakan Fidan italiyalı həmkarı ilə müzakirə aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Danışıq zamanı ikitərəfli və regional əlaqələr, həmçinin “Taxıl sazişi” müzakirə olunub.