Bir qrup rusiyalı diplomat Kişinyovu tərk edib

Bir qrup rusiyalı diplomat Moldovanın paytaxtı Kişinyov şəhərini tərk edib.

APA xəbər verir ki, bu barədə Moldova XİN-in sözçüsü İqor Zaxarov məlumat verib.

Zaxarovun sözlərinə görə, bu gün səhər Rusiyanın Moldovadakı səfirliyinin diplomatlarından və texniki işçilərindən ibarət heyət Kişinyovu tərk edib.

Qeyd olunub ki, ötən ay Moldova Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirliyinin işçilərini ixtisar etmək qərarına gəlib və qərara əsasən, 22 diplomat, 23 texniki işçi ailələri ilə birlikdə 15 avqusta qədər Kişinyovu tərk etməli idi.

Onların ölkədən çıxarılmasına səbəb kimi, səfirliyin Moldovaya qarşı diplomatik fəaliyyətlə bağlı olmayan çoxsaylı qeyri-dost hərəkətləri, eləcə də ölkədə sabitliyi pozmaq cəhdləri göstərilmişdi.

XİN öz bəyanatında onu da qeyd etmişdi ki, həmin qərar “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında qəbul edilmiş Vyana Konvensiyasının müddəalarına uyğundur.