Tramp HƏMAS-ın hücumuna görə Baydeni ittiham etdi

Donald Tramp Bayden administrasiyasını HƏMAS-ın İsrailə hücumunu maliyyələşdirməyə kömək etməkdə ittiham edib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Trampın yazdığı bəyanatda bildirilir.


"HƏMAS-ın hücumu vicdansızsızlıqdır və İsrailin özünü tam müdafiə etmək hüququ var. Təəssüf ki, Amerika vergi ödəyicilərinin pulu HƏMAS-ın hücumlarnı maliyyələşdirməyə kömək etdi. Məndə olan məlumatlara görə, bu pullar Bayden administrasiyası tərəfindən verilib. Mənim vaxtımda Yaxın Şərqdə nəzərəçarpacaq səviyyədə sülh əldə olunmuşdu. Lakin indi Bayden onu sürətlə məhv edir”, - bəyanatda bildirilir.