Prezident: Regiondakı yeni qarşıdurmanın səbəbkarı məhz Fransa olacaq

Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır.


APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.